Haqqımızda

Mustafayeva Gulzar Əliheydər qızı.

Doğulduğu tarix, yer 12.12.1958, Azərbaycan, Bakı.
Ünvan: Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya institutu “Faydalı cücülərin introduksiyası və bioloji mübarizənin elmi əsasları” laboratoriyasında böyük elmi işçi,“Alimlərin Fermerlərlə Əlaqəsinə Yardım İctimai Birliyinin” sədri.
AZE 1073, Bakı, məhəllə 504, keçid 1128.
Biologiya üzrə fəlsəfə doktoru,  Entomologiya , 23.11.1990                                                           
Tel: (+994 12) 439 73 59 ,(+994 12) 455 64 97, (+994 55) 599 70 76
E-mail: zoolog88@mail.rumustafazadeh2006@mail.ru
1976-1982-ci illərdə Azərbaycan Dövlət Universitetində  təhsil almışdır. Lenin təqaüdçüsü olmuşdur. 1982–ci ildən AMEA Zoologiya institutunda “Faydalı cücülərin introduksiyası və bioloji mubarizənin elmi əsasları” laboratoriyasında çalışır. “Alimlərin fermerlərlə əlaqəsinə yardim” Ictimai birliyinin  rəhbəridir. 52  məqalə, 9 elmi kitabçanın, 3 bukletin, 1ekoloji təqvimin və 1 ekoloji plakatın  müəllifidir. 1990-cı ildə “Şərqi Azərbaycanın afelinidləri, onların faunası və əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyası mudafiə etmişdir. “Azərbaycanın kənd təsərrüfatı bitkilərinə zərər verən sorucu zərərvericiləri (HemipteraCoccoidea, Aphidoidea, Aleurodidea)  və onların entomofaqları” mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. Ailəlidir, 3 övladı var.
8 qrant layihəsinin müəllifi olmuşdur.

  1. NATO qrantı “Azərbaycan faunası”(2003). Layihə rəhbəri;
  2. USAİD, Avrasiya fondu, “Azərbaycanda bildirçinciliyin inkişafı” (2003). Layihə rəhbəri;
  3. CEPF-WWF “Hirkan meşələrinin qorunmasında bildirçinciliyin inkişafı alternativ gəlir mənbəyi kimi” (2005). Layihə rəhbəri.
  4. BMT Xəzər ekoloji proqramı üzrə layihəsi “Fermerlərin ekoloji savadlandırılması” (2006-cı il). Layihə  iştirakçısı.
  5. SRDF-BII, ABŞ, Luiziana ştatı, Yeni Orlean, Səyahət grantı (2007);
  6. BMT UNDP, “Zəfərançılığın inkişafı” (2010). Layihənən iştirakçısı;
  7. BMT-nin İnkişaf Proqramı “Onların bizim köməyimizə ehtiyacı ın var (Qırmızı kitaba əsasən Azərbaycanın Lənkəran bölgəsində nəsli kəsilmiş və azsaylı həşaratlar haqqında)”, (2010), Layihə rəhbəri.
  8. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Ətraf mühitin mühafizəsi, ekologiyanin qorunmasında bioloji mubarizənin və əhalinin ekoloji savadlandırılmasının rolu“Layihə rəhbəri.

Əhmədov Barat Əbdül oğlu

Doğulduğu tarix, yer  18.02.1948, Azərbaycan Respublikası, Zənğilan şəhəri.
Azərbaycan Dövlət Pedagoji İnstitutunda təhsil almışdır.
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya institutunda calışır, Laboratoriya müdiridir. Azərbaycan Zooloqlar Cəmiyyətinin  elmi katibidir.
Biologiya üzrə fəlsəfə doktoru,  Entomologiya
Namizədlik dissertasiyasının mövzusu
“Azərbaycan şəraitində pambığa zərərverən mənənələrin (Aphis gossypii Glov., A.craccivora Koch.) fototermiki reaksiyaları və polimorfizminin ekoloji nizamlanması”
Kənd təsərrüfat zərərvericilərin (mənənələr, pambıq sovkası, ağ amerika kəpənəyi və s.) bioekoloji  və fizioloji xüsusiyyətləri araşdırılımış, onların agrosenozlarda say dinamikası, zərərvurma vaxtları və onlara qarşı kompleks mübarizə tədbirləri və müddətləri elmi əsaslandırılmış,  əlagədar təşkilatlara təkliflər verilmişdir.  

Qəmərli Validə Paşa qızı

Doğulduğu tarix, yer  01.07.1937, Azərbaycan Respublikası, Gəncə.
Azərbaycan Dövlət Universitetində  təhsil almışdır.
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya institutunda calışır, Böyük elmi işçidir.
Biologiya üzrə fəlsəfə doktoru,  Zoologiya
Namizədlik dissertasiyasının mövzusu
“Azərbaycanın Şirvan zonasında pambıq zərərvericilərinin entomofaqlarının həyat fəaliyyətində əlavə qidalanınanın rolu”
Azərbaycanda arıkimilərin faunasını, biotoplar və landşaftlar üzrə toplanmış, araşdırmış, növ tərkibini müəyyənləşdirmiş, Azərbaycan faunası üçün 7 yeni növü aşkar etmişdir.